12px13px15px17px
Tarix:11/05/12

Bakı Metropolitenində reklam monitorlarının sayı artırılır

Bakı Metropoliteninin stansiyalarında reklam xidmətləri göstərən “A-Media” şirkəti reklam monitorlarının sayını artırır. Bu günə qədər bütün stansiyalarda 70-dən artıq monitor yerləşdirilib. Yaxın günlərdə isə həmin monitorların sayının 100-ə çatdırılması planlaşdırılır. Belə ki, artıq reklam monitorları tək stansiyalarda deyil, eyni zamanda, ödəniş aparatlarının üzərində, foyelərdə və metropolitenin digər ərazilərində olacaq.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Ailə TV”-nin mətbuat katibi Teymur Hacıyev məlumat verib. Onun sözlərinə görə, monitorların sayının artırılması reklam verən biznes strukturları üçün daha geniş imkanlar yaradır: ”Çünki müasir dövrdə şirkətlər xidmətlərini və mallarını satmaq üçün istehlakçı ilə birbaşa əlaqəyə üstünlük verir. Monitorların sayının artırılması istehsalçı ilə istehlakçı arasında olan birbaşa təması daha da effektiv edəcək.

“A Media” reklam agentliyinin təqdim etdiyi xidmət sayəsində potensial alıcının metroda gözləmə vaxtı hər hansı bir şirkətin reklamını izləməklə keçir və nəticədə satış göstəriciləri artan templə inkişaf edir. Beləliklə də reklam verən şirkət mükəmməl nəticə əldə edir”.

T.Hacıyev bildirib ki, Bakı sakinlərinin 50 faizi metroya üstünlük verir, onlardan 30 faizi isə metropoliten xidmətlərindən gün ərzində iki dəfə istifadə edir: ”Rəsmi məlumatlara görə, Bakıda təxminən 2,4 milyon əhali yaşayır. Bu isə o deməkdir ki, şirkətin monitorlarında yerləşdirilmiş informasiyaları hər gün 1 milyona yaxın insan görə bilər.

Rəyi soruşulanların yadında qalmaq və onlara nəyin təsir etməsi barədə sorğu keçirilərkən sərnişinlərin əksəriyyəti LCD monitorlar vasitəsilə translyasiya edilən reklamları göstəriblər. Sorğular nəticəsində məlum olub ki, sərnişinlərin 70 faizi  reklam çarxlarını bəyənir və bu, orada olan məlumat poster və plakatlardan daha effektlidir”.
 
HƏQİQƏT




Baxış sayı: 907

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024