Tarix:11/05/12
O, növbəti mövsümdə dünya çempionlarının şərəfini qoruyacaq. 28 yaşlı Katarzina İtaliyanın “Urbino” klubundan transfer olunub. 183 sm boya malik voleybolçunun karyerasında Azərbaycan 2-ci ölkə olacaq.
Çünki peşəkar karyerasına 2002-ci ildən başlayan Skorupa 9 il vətənində forma geyinib. O, bu illərdə Polşa çempionatının qızıl (2009/2010), gümüş (2006/2007, 2007/2008, 2008/2009) və bürünc (2004/2005, 2010/2011) medallarına sahib olub. Bundan əlavə, “Rabitə Bakı”nın yeni transferi ölkə kubokunu (2006, 2008, 2009) və Superkubokunu (2010) qazanıb.
Katarzina, həmçinin, 2008-ci ildə Polşa çempionatının ən dəyərli voleybolçusu və ən yaxşı toppaylayıcısı seçilib. 2009 və 2011-ci illərdə də onu öz mövqeyində qabaqlayan olmayıb və ölkəsinin ən yaxşısı olub. 2005-ci ildən milli komandasının şərəfini qoruyan voleybolçu “Pekin-2008”-də də yığmalarının heyətində yer alıb.
“Rabitə Bakı” heyətini gücləndirir
“Rabitə Bakı” voleybol klubu növbəti mövsümdə güclü heyətlə çıxış etmək üçün yeni transferlər etmək niyyətindədir. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, klub Polşa milli komandasının toppaylayıcısı Katarzina Skorupa ilə razılığa gəlib.O, növbəti mövsümdə dünya çempionlarının şərəfini qoruyacaq. 28 yaşlı Katarzina İtaliyanın “Urbino” klubundan transfer olunub. 183 sm boya malik voleybolçunun karyerasında Azərbaycan 2-ci ölkə olacaq.
Çünki peşəkar karyerasına 2002-ci ildən başlayan Skorupa 9 il vətənində forma geyinib. O, bu illərdə Polşa çempionatının qızıl (2009/2010), gümüş (2006/2007, 2007/2008, 2008/2009) və bürünc (2004/2005, 2010/2011) medallarına sahib olub. Bundan əlavə, “Rabitə Bakı”nın yeni transferi ölkə kubokunu (2006, 2008, 2009) və Superkubokunu (2010) qazanıb.
Katarzina, həmçinin, 2008-ci ildə Polşa çempionatının ən dəyərli voleybolçusu və ən yaxşı toppaylayıcısı seçilib. 2009 və 2011-ci illərdə də onu öz mövqeyində qabaqlayan olmayıb və ölkəsinin ən yaxşısı olub. 2005-ci ildən milli komandasının şərəfini qoruyan voleybolçu “Pekin-2008”-də də yığmalarının heyətində yer alıb.
Baxış sayı: 802
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet