12px13px15px17px
Tarix:14/05/12

Hərracda 2,16 milyon avroya satılan fotoaparat

Almaniyanın “Leica” şirkətinin 1923-cü il istehsalı olan fotoaparatı hərracda 2,16 milyon avroya satılıb. Beləliklə, bu fotoaparat dünyanın ən bahalı fotokamerası olub. Bu barədə Avstriyanın “Kleine Zeitung” qəzeti məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, nadir fotokameranın yeni sahibi naməlum qalmaq istəyib.

Nəşr qeyd edib ki, hərracda satılmış aparat “Leica” şirkətinin 1923-cü ildə istehsal etdiyi 25 sınaq nümunəsindən biri olub. Hazırda dünyada yalnız 12 belə fotoaparat qalıb.

Məlumat üçün qeyd edim ki, optik mexanizm istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Leica” şirkətinin əsası 1849-cu ildə  qoyulub.






EMİL




Baxış sayı: 1068

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024