12px13px15px17px
Tarix:15/05/12

Azərbaycan alimləri “Geoinformatika: nəzəri və tətbiqi baxışlar” adlı XI Beynəlxalq konfransda iştirak edirlər

Azərbaycan alimləri Ukrayna Milli Elmlər Akademiyasında keçirilən "Geoinformatika: nəzəri və tətbiqi baxışlar" adlı XI Beynəlxalq konfransda iştirak edirlər. Ölkəmizi konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və şöbənin aparıcı elmi işçisi Xanlar Ağayev təmsil edirlər.

Geoloq və Mühəndislərin Avropa Assosiasiyası ilə Geoinformatika üzrə Ümumukrayna Assosiasiyası tərəfindən təşkil olunmuş tədbir mayın 17-nə qədər davam edəcək. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov məlumat verib.

Onun sözlərinə görə, konfransda H.Quliyev "Aləmin əbədi dövran paradiqması və zaman anlayışı haqqında" adlı məruzə ilə çıxış edəcək. X.Ağayevin məruzəsi isə "Quyu geofiziki tədqiqatları və seysmokəşfiyyat məlumatlarının neyron şəbəkəsi ilə klaster təhlilinə görə mühitin elastiki xüsusiyyətlərinin proqnozu" adlanır.
 
HƏQİQƏT




Baxış sayı: 1175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024