12px13px15px17px
Tarix:15/05/12

“C” proqramlaşdırma dili “Java”-nı geridə qoyur

“C” proqramlaşdırma dili ikinci ay ardıcıl olaraq “Tiobe”-nin tərtib etdiyi reytinqdə birinci yerdə qərarlaşır. 2012-ci ilin mayına olan vəziyyətə görə, “C” proqramlaşdırma dilindən 17,346 faiz, “Java”-dan isə 16,599 faiz proqramçı istifadə edib.

“İCTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən  bildirir ki, reytinqlə hamı razı deyil. “PHP” proqramlaşdırma dilinin yaradıcılarından biri, “Zend Technologies” şirkətinin direktoru Endi Qutmans qeyd edib ki, “Tiobe”-nun məlumatına görə, “PHP” proqramlaşdırma dili reytinqdə populyarlığa görə altıncı yerdə qərarlaşıb.

Lakin bəzi məlumatlara görə, dünyada mövcud olan  veb-saytların 50 faizi “PHP” proqramlaşdırma dilində hazırlanıb.




 
EMİL




Baxış sayı: 2761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024