12px13px15px17px
Tarix:08/07/11

Türkmənistanın Abadan şəhərində rabitə əlaqəsi tamamilə kəsilib

Türkmənistanın Abadan şəhərində hərbi sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə yaxınlaşıb. Hazırda anbarda raket və “Qrad” kompleksinin mərmiləri partlamaqda davam edir. Abadan şəhəri alova bürünüb, şəhərə mərmilər düşür. Yüzlərlə ev dağılıb. Şəhərdə məktəblərdən biri tamamilə yanıb, bir uşaq bağçası isə yerlə-yeksan olub. Paytaxt Aşqabaddan 20 kilometr uzaqlıqda yerləşən Abadan şəhərində mobil əlaqə dayanıb, şəhər telefonları işləmir, internet bağlanıb. Sakinlər sürətlə evakuasiya edilirlər.
Qeyd edək ki, iyulun 7-də axşam saatlarında Türkmənistanın Abadan şəhərində hərbi sursat anbarında partlayış baş verib. Gecə saatlarında prezident Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə hökumətin iclası keçirilib, vəziyyət müzakirə olunub. Türkmənistan Xarici İşlər Nazirliyi ölənlərin olmadığını bəyan edib. Ancaq hələ səhər saatlarında “Xronika Turkmeniya” saytı çoxlu sayda ölən və yaralananın olduğu, şəhərə çoxsaylı partlamamış mərminin düşdüyünü yazıb. Türkmənistanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları da çoxlu sayda ölən və yaralananın olduğunu, təcili yardım maşınları ilə hələ də yaralıların daşındığını bildirib.



Baxış sayı: 1018

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024