12px13px15px17px
Tarix:18/05/12

Pirat audiovizual məhsulların satışının qarşısı alınıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən pirat audiovizual məhsulların satışının qarşısı alınıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ASİHMDX Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanında Amin Hümbətova məxsus mağazada yoxlama aparıb. Yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçı barədə heç bir məlumat göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən edilib.

Mağazada aşkar edilmiş 5047 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Amin Hümbətova icrası məcburi göstəriş verilib. Xidmət tərəfindən araşdırmalar davam edir.


 
HƏQİQƏT




Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024