Tarix:24/05/12
Statistikada bütün fevral ayının 1 günlük ortalama göstəricisi, may ayının isə ilk 2 həftəsinin 1 günlük ortalama göstəricisi əks olunub. Belə ki, Bakıxanov küçəsində fevral ayının iş günləri üzrə statistik göstəricilərinə əsasən avtomobillərin orta sürəti 22 km/saat təşkil edib, avtomobillərin sayı 22225 ədəd olduğu halda, may ayının ilk 2 həftəsi üzrə avtomobillərin orta sürəti 43.3 km/saat, avtomobillərin sayı 11048 ədəd olub.
Tbilisi prospektində fevral ayı üzrə avtomobillərin orta sürəti 36 km/saat avtomobil sayı 12496 olduğu halda may ayının ilk 2 həftəsi üzrə avtomobillərin orta sürəti 45.5 km/saat təşkil edib, avtomobillərin sayı isə 16089 olub.
Cari ayın ilk 2 həftəsi fevral ayı ilə müqayisədə, avtomobillərin yollarda intensivliyində artım müşahidə olunub. Bu da tıxacların müddətini xeyli azaltmış və avtomobillərin daha sərbəst hərəkətini təmin edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi - 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb.
Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır. Mərkəz 2012-ci ilin aprel ayından isə “yaşıl dalğa” effektinin tətbiqinə başlayıb. Bu prinsip işıqforların avtomatik tənzimlənməsini təmin edir və bununla da avtomobillərin işıqforlarda dayanmasını xeyli azaltmış olur.
CAHANGİR
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi may ayına ilk statistik göstəriciləri açıqlayıb
Azərbaycanda nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın küçə və prospektlərində tıxacların qarşısını almaq məqsədilə “yaşıl dalğa” effektini tətbiq etməyə başlayıb. Mərkəzin mətbuat xidmətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, sistem Bakı şəhərinin əsasən mərkəzi küçə və prospektlərini əhatə edib.Statistikada bütün fevral ayının 1 günlük ortalama göstəricisi, may ayının isə ilk 2 həftəsinin 1 günlük ortalama göstəricisi əks olunub. Belə ki, Bakıxanov küçəsində fevral ayının iş günləri üzrə statistik göstəricilərinə əsasən avtomobillərin orta sürəti 22 km/saat təşkil edib, avtomobillərin sayı 22225 ədəd olduğu halda, may ayının ilk 2 həftəsi üzrə avtomobillərin orta sürəti 43.3 km/saat, avtomobillərin sayı 11048 ədəd olub.
Tbilisi prospektində fevral ayı üzrə avtomobillərin orta sürəti 36 km/saat avtomobil sayı 12496 olduğu halda may ayının ilk 2 həftəsi üzrə avtomobillərin orta sürəti 45.5 km/saat təşkil edib, avtomobillərin sayı isə 16089 olub.
Cari ayın ilk 2 həftəsi fevral ayı ilə müqayisədə, avtomobillərin yollarda intensivliyində artım müşahidə olunub. Bu da tıxacların müddətini xeyli azaltmış və avtomobillərin daha sərbəst hərəkətini təmin edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi - 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb.
Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır. Mərkəz 2012-ci ilin aprel ayından isə “yaşıl dalğa” effektinin tətbiqinə başlayıb. Bu prinsip işıqforların avtomatik tənzimlənməsini təmin edir və bununla da avtomobillərin işıqforlarda dayanmasını xeyli azaltmış olur.
CAHANGİR
Baxış sayı: 1010
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet