12px13px15px17px
Tarix:29/05/12

Yapon şirkəti dozimetr funksiyasına malik smartfon istehsal edəcək

Yaponiyanın "Softbank" adlı ikinci ən böyük mobil operatorunun  satışa çıxaracağı smartfon vasitəsilə radiasiyanın səviyyəsini ölçmək mümkün olacaq. Bu barədə şirkətin nümayəndələri məlumat veriblər.

"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, smartfonu radiasiya səviyyəsini ölçməyə imkan verən kiçicik tənzimçi ilə təchiz edəcəklər. Dozimetr rejimini aktiv etmək üçün xüsusi mobil əlavəni icra etmək lazım olacaq.Smartfon yaxın aylar ərzində satışa çıxarılacaq.

Qeyd edim ki, Yaponiyada dozimetrlərə tələbat 2011-ci ilin martında "Fukusima-1" "AES"-də (Atom Elektrik Stansiyası) baş vermiş qəzadan sonra kəskin artıb. Hazırda ölkənin bir çox hissəsində radiasiyanın səviyyəsi normaldır. Bununla belə bir çox yaponlar radiasiyanın səviyyəsi haqqında verilən rəsmi məlumatlara şübhə ilə yanaşırlar və evlərinin ətrafında radiasiya səviyyəsini özləri müstəqil olaraq ölçməyə üstünlük verirlər.



EMİL




Baxış sayı: 1157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024