12px13px15px17px
Tarix:30/05/12

Yerli kabel televiziya operatoru xidmət haqqınınyeni qaydalarını tətbiq edib

“KATV-1” kabel televiziya operatoru rəqəmsal yayım abunəçiləri üçün xidmət haqqının yeni qaydalarını tətbiq edib.

Şirkətdən bildiriblər ki, iyunda operatorun xidmətlərindən fasiləsiz istifadə üçün mayın sonunadək abunə haqqının ödənilməsi vacibdir. Xidmət haqqının yerinə yetirilməyəcəyi halda abunəçinin smart-kartı bağlanacaq.

Azərbaycanın kabel televiziyası operatoru “KATV-1”-in rəqəmsal yayım xidmətlərini abunə xidmətləri ofislərində, inkassatorlarda, bank filiallarında, “Netmoney” universal ödəmə kartlarının və “PayPoint” ödəmə terminallarının köməyi ilə, eləcə də bank kartları vasitəsilə internetlə ödəmək mümkündür.




Baxış sayı: 1093

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024