12px13px15px17px
Tarix:31/05/12

Aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan istifadə stimullaşdırılır

Qusarda İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfrans barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, tədbirdə həyata keçirilən sosial-iqtisadi siyasətdən çöz açan İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov aqrar sektorda yeni texnologiyalara üstünlük verildiyini vurğulayıb. Belə ki, qeyri-neft sektorunun inkişafının daha da sürətlənməsi üçün ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir.

Aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan istifadə stimullaşdırılır. Dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabətqabiliyyətinin artırılmasına, məhsul istehsalının genişləndirilməsinə imkan yaradır.

Z.Qasımov həmçinin, aqrar-sənaye  kompleksinin rəqabətqabiliyyətinin artırılması istiqamətində  kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun olaraq təşkilinin və  qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Sahibkarlığın inkişafı siyasəti şöbəsinin əməkdaşı Zaur Nuriyev çıxışında dövlət başçısının tapşırığına uyğun olaraq, ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə “ttp://www.icazeler.gov.az/”portalının yaradıldığını, saytın icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyi olduğunu diqqətə çatdırıb.

Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev isə çıxışında elmi-tədqiqatların nəticələrindən istifadə etməklə innovasiyalı sahibkarlığın inkişafı və Quba-Xaçmaz iqtisadi rayonunun potensialı barədə məlumat verib, ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə aqrar-sənaye kompleksinin sürətli inkişafının təmin edilməsində elmi araşdırmaların, elmin qabaqcıl nailiyyətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər də kənd təsərrüfatı məhsullarının istehsalında rəqabətqabiliyyətliyin artırılması, yerli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024