12px13px15px17px
Tarix:11/07/11

“Word” mətn redaktorunun onlayn versiyasının funksionallığı genişlənib

“Microsoft” korporasiyası “Word” mətn redaktorunun onlayn versiyasının funksionallığını genişləndirib.
“Word Web App” əlavəsi səyyah vasitəsilə sənədlərlə işləməyə icazə verir. Redaktor birgə iş və birləşdirilmiş kommunikasiyalar üçün alətləri özündə saxlayan “Office 365” paketinin tərkibinə daxildir. Paket əlavə və sənədlərlə internetə çıxışa malik olan istənilən yer və istənilən qurğudan qarşılıqlı təsirdə olmağa icazə verir.
İndi “Word Web App”da bir neçə istifadəçi sənədlərinin üzərində birgə iş üçün vasitələrin yarandığı bildirilib. Müəlliflər həmişəki kimi faylın hansı hissəsini dəyişdirdiyini görə bilərlər.
Düzdür, hazırda bir istifadəçinin redaktə etdiyi sənəd bölməsini digərləri modifikasiya edə bilməz. Yəni, söhbət real zaman rejimində redaktə alətindən deyil, şərikli müəlliflik vasitələrindən gedir: dəyişikliklər «yadda saxla» düyməsini sıxdıqdan sonra qüvvəyə minir.



Baxış sayı: 1622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024