12px13px15px17px
Tarix:04/06/12

“Windows 8” “Computex 2012” sərgisinin əsas mövzusu olacaq

"Windows 8" əməliyyat sistemi (ƏS) əsasında işləyən ilk qurğuların iyunun 7-də start götürəcək "Computex 2012" sərgisində əsas mövzulardan biri olacağı gözlənilir. Bu sərgi artıq 32-ci dəfə start götürəcək və mütəxəssislər bu dəfə əsas diqqətin mobil kompyuter, "Windows 8" əməliyyat sisteminə yönəldiləcəyini gözləyirlər. 

"Windows 8" ƏS-nin işıq üzü görməsinə bir neçə ay qalır. "Computex" bu il ziyarətçi və  peşəkarlara bu əməliyyat sistemi ilə işləyən ən yeni aparat təminatına baxmaq imkanı təklif edəcək" – "Taybey Kompyuter" assosiasiyasının birinci katibinin müavini, "Computex" sərgisinin təşkilatçılarından biri Çanq Li qeyd edib.

"Computex" sərgisinin 2012-ci il üçün mövzusu aydındır: "Windows 8" əsasında işləyən xeyli qurğu təqdim ediləcək" - Tayvanın "DigiTimes" nəşrinin baş analitiki Coan Çeni bildirib.

 
EMİL




Baxış sayı: 1515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024