Tarix:05/06/12
Belə ki, paytaxtın ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında istehlakçıda “Kontakt Electronics” mağazasında dəyərindən asılı olmayaraq satılan hər bir mala görə hədiyyə verilməsi təəssüratı yaradan “Kontakt Electronics, Al! Hədiyyə Al!” mövzulu reklamlar yayımlanıb.
Halbuki faktiki olaraq, mağazada 200 manatdan aşağı qiymətə mal almış istehlakçılara heç bir hədiyyə verilmədiyi aşkarlanıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən qeyd edilib ki, bilərəkdən yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması məqsədilə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı Şəhər Reklam və İnformasiya İdarəsinə göstəriş verilib: “İstehlakçılardan saxta reklam kampaniyaları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498-15-01 və 498-15-04 əlaqə telefonlarına müraciət etmələri xahiş olunur. Hazırda bu istiqamətdə araşdırmalar davam edir”.
HƏQİQƏT
Elektronika mağazası yalan reklamlardan istifadə edib
Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında “ABC-Telekom” MMC-yə məxsus “Kontakt Electronics” mağazasında aparılan yoxlama zamanı bilərəkdən yalan və qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən edilib.Belə ki, paytaxtın ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında istehlakçıda “Kontakt Electronics” mağazasında dəyərindən asılı olmayaraq satılan hər bir mala görə hədiyyə verilməsi təəssüratı yaradan “Kontakt Electronics, Al! Hədiyyə Al!” mövzulu reklamlar yayımlanıb.
Halbuki faktiki olaraq, mağazada 200 manatdan aşağı qiymətə mal almış istehlakçılara heç bir hədiyyə verilmədiyi aşkarlanıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən qeyd edilib ki, bilərəkdən yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması məqsədilə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı Şəhər Reklam və İnformasiya İdarəsinə göstəriş verilib: “İstehlakçılardan saxta reklam kampaniyaları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498-15-01 və 498-15-04 əlaqə telefonlarına müraciət etmələri xahiş olunur. Hazırda bu istiqamətdə araşdırmalar davam edir”.
HƏQİQƏT
Baxış sayı: 951
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet