12px13px15px17px
Tarix:06/06/12

Yerli bank daha bir pulköçürmə sisteminə qoşulub

Azərbaycan bankı "Texnikabank" ASC "IBA-Express" pulköçürmə sisteminə qoşulub. Bu sistem vasitəsilə bankla "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin törəmə bankları olan "ABB-Moskva" və "ABB-Gürcüstan" arasında pul köçürmələrini həyata keçirmək mümkündür.

Bankdan verilən məlumata görə, "IBA-Express" pulköçürmə sistemi üzrə tarif dərəcələrinə əsasən, 300 dollar/avro və 9000 rubla qədər köçürmələrə, müvafiq olaraq, 3 dollar/avro və 90 rubl, 300-dən 500 min dollar/avro və 15 mln. rubla qədər köçürmələrə isə 1% komisyon haqqı tutulur.

"Texnikabank"ın yaxın vaxtlarda Türkiyənin qabaqcıl köçürmə sistemlərindən biri olan “UPT” (Ucuz Para Transferi) pulköçürmə sisteminə qoşulacağı da nəzərdə tutulub.

Qeyd edək ki, "Texnikabank" ASC hazırda "Western Union", "Migom", "Contact", "Private Money", "Blizko", "Bıstraya Pocta", "Lider", "Allure", "Faster", "Caspian Money Transfer", "Zolotaya Korona", "Xpress Money", "IBA-Express" pulköçürmə sistemlərinə qoşulub və Azərbaycan bank bazarında təcili pul köçürmələrinin həcminə görə şəksiz liderdir.


RƏVAN





Baxış sayı: 947

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024