12px13px15px17px
Tarix:06/06/12

“Windows Phone Marketplace”-də artıq 100 min proqram var

“Microsoft”un mobil əməliyyat sistemi üçün nəzərdə tutulmuş  “Windows Phone Marketplace” tətbiqlər mağazasında artıq 100 min proqram var.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, mağaza 60 ölkədə fəaliyyət göstərir. Amerikanın  “Marketplace” mağazasında 77450 proqram mövcuddur; o, proqramların sayına görə ən böyük mağazadır. “Marketplace”  mağazasına hər gün orta hesabla 313 tətbiq əlavə edilir.

Mağazadakı proqramların 67 faizi pulsuzdur. Pullu proqramların payı isə 23 faiz təşkil edir. “”Marketplace” mağazasındakı hər onuncu proqram pullu tətbiqin pulsuz demo versiyasıdır.

“Marketplace” mağazasındakı tətbiqlər kateqoriyalar üzrə çeşidlənib. Ən çox proqram "Əyləncə" kateqoriyasındadır.


EMİL




Baxış sayı: 2099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024