12px13px15px17px
Tarix:06/06/12

MTRŞ sədri uşaq televiziyasının yaradılması məsələsinə münasibət bildirdi

Bir müddət öncə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ölkədə uşaq televiziyasının yaradılması ilə bağlı müraciət etmişdi. Mərkəz Azərbaycanda uşaq televiziyasına böyük ehtiyacın olduğunu vurğulayaraq qeyd etmişdi ki, hazırda telekanallarımızda uşaq proqramlarının azlığı belə bir zərurəti meydana gətirir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli uşaq televiziyasının yaradılması məsələsinə münasibətini açıqlayıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, şura sədri bildirib ki, Azərbaycan cəmiyyəti uşaq televiziyasının yaradılmasına hazır olmalıdır: «Hesab edirəm ki, biz hələ buna hazır deyilik.

Bununla bağlı dövlət vəsait ayırmalı, hazırlıq işləri aparılmalı, uşaq filmləri və verilişləri çəkilməlidir ki, uşaq televiziyası da yaradılanda orada verməyə nəsə olsun. Əgər dövlət vəsait ayırarsa, bu işdə müsbət irəliləyiş ola bilər. Ancaq bununla bağlı ortada real bir iş yoxdur. Ona görə də düşünürəm ki, belə bir televiziyadan danışmaq hələ bir qədər tezdir”.


SEYMUR




Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024