Tarix:08/06/12
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında 19 istiqamət üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb. Bu istiqamətlərdən biri də «İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi»dir.
Məlumat üçün bildirək ki, müsabiqənin şərtlərinə görə, burada Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş jurnalistlərin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar, barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar, əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər, təsisçisi dini qurumlar və dini icmalar olanlar, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar, təsisçiləri dövlət orqanları olanlar iştirak edə bilməzlər.
Maliyyə yardımının şərtlərinə görə, layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır. Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir. Hər layihə üçün maksimum məbləğ 50000 (Əlli min) manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
Sənədlər iyunun 7-dən iyunun 27-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir. Ərizə yalnız fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap, elektron variant (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və fondda qeydiyyatdan keçməlidir.
SEYMUR
İKT-dən yazan KİV-ə 6 ay üçün 50000 manat ayrılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. "İCTnews" elektron xəbər xidməti qurumun rəsmi internet səhifəsinə (kivdf.gov.az) istinadən bildirir ki, müsabiqə 2012-ci ilin 2-ci yarımili üçün nəzərdə tutulub."Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında 19 istiqamət üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb. Bu istiqamətlərdən biri də «İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi»dir.
Məlumat üçün bildirək ki, müsabiqənin şərtlərinə görə, burada Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş jurnalistlərin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar, barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar, əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər, təsisçisi dini qurumlar və dini icmalar olanlar, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar, təsisçiləri dövlət orqanları olanlar iştirak edə bilməzlər.
Maliyyə yardımının şərtlərinə görə, layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır. Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir. Hər layihə üçün maksimum məbləğ 50000 (Əlli min) manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
Sənədlər iyunun 7-dən iyunun 27-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir. Ərizə yalnız fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap, elektron variant (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və fondda qeydiyyatdan keçməlidir.
SEYMUR
Baxış sayı: 1494
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet