12px13px15px17px
Tarix:11/06/12

Yerli bank elektron xidmətlər təklif edir

Azərbaycanın «AG Bank» ASC-nin təqdim etdiyi «SpeedPass» xidmətlərindən «Visa Infinite», «Visa Platinum», «Visa Gold (Signature)» kart sahibləri yararlana biləcəklər. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət sayəsində müştəri dünyanın ən çox istifadə olunan hava limanında vaxtına qənaət edəcək, bütün formal prosedurlardan diplomatik xətlə keçəcək və sənədləşmə işləri bitənə qədər lonjda gözləyəcək.

Xidmətə enişdən sonra, təyyarədən avtomobilin və ya taksiyə qədər yola salma, uçuş öncəsi müşayiət etmə (avtomobildən təyyarəyə minənə qədər), hava limanındakı bütün formal prosedurları tez keçmə və növbə gözləməmə daxildir.

Əgər bronlaşdırma xidmətin göstərilməsindən 48 saatdan tez edilirsə, müştəri müşayiət xidmətini vaxtında və dolğun alsın deyə, tələb olunan formal prosedurların həyata keçirilməsi üçün “customerservices@yqnow.com” ünvanına sorğu göndərməlidir.

Bu xidmətlər yalnız «Premium-klass» müştəriləri üçün nəzərdə tutulub. Bununla müştərilər rahat və sakit səyahət edəcək, növbələrdən azad olacaq və vaxta qənaət edəcək. Eyni zamanda dünyanın müxtəlif hava limanlarındakı VIP-lonjalarda müxtəlif imtiyazlarla təmin ediləcək.

Bu xidmətdən yararlanmaq üçün, uçuşdan əvvəl “www.airportspeedpass.com” saytına daxil olaraq uçuş və enmə gününü, saatını, sərnişinlərin sayını və kart məlumatlarını daxil etmək kifayətdir. Sistem dünyanın hər bir hava limanında bu xidmətin qiyməti haqqında məlumat verəcək və 11%-lik endirim təqdim edəcək.

SEYMUR




Baxış sayı: 906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024