12px13px15px17px
Tarix:12/06/12

“iOS 6” əməliyyat sistemi təqdim edilib

San-Fransisko şəhərində keçirilən “WWDC 2012” tədbirinin açılış mərasimində “iPhone” smartfonları, “iPad” planşetləri və “iPod touch” media pleyerləri üçün nəzərdə tutulmuş “iOS 6” əməliyyat sistemi (ƏS) təqdim edilib. Əvvəlki versiya ilə müqayisədə yeni ƏS-nə 200-dən çox yeni funksiya əlavə edilib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, əsas yenilik “Siri” səs köməkçisi ilə bağlıdır. O, artıq yalnız “iPhone 4S” smartfonunda deyil, həm də 3-cü nəsil “iPad” planşetində işləyir. Təkmilləşdirilmiş səs köməkçisi daha mürəkkəb əmrləri (proqramları açmaq, tvitləri göndərmək və s.) yerinə yetirməyi, həmçinin bir neçə yeni dil “öyrənib”.

Gözlənildiyi kimi, “Apple” korporasiyası “iOS 6” ƏS-də “Google” xəritələrindən imtina edib. “Apple” şirkətinin yeni xəritəsi “Siri” ilə  tamamilə uyğundur: onun vasitəsilə, məsələn, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin yerini təyin etmək olar.

“Safari” brauzerinin yeni versiyası təkmilləşdirilmiş “JavaScript” emalçısı, "ağıllı" axtarış sətri ilə təchiz edilib.“IOS 6” əməliyyat sisteminin sabit versiyasının çıxarılması payıza nəzərdə tutulub.
                               
EMİL




Baxış sayı: 1698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024