12px13px15px17px
Tarix:13/06/12

Ziya Məmmədov: “Nəqliyyat sektorunda yeni texnologiyaların tətbiqi davam etdiriləcək”

Bakıda "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian 2012") beynəlxalq sərgisinın keçirilməsi Azərbaycanın nəqliyyat sektoruna artan marağın göstəricisidir. Bu barədə jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov sərginin açılışında bildirib."Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası öz bəhrələrini verir.

Bakıda ənənəvi hal alan mövcud sərgilər bu inkişafın bariz təsdiqidir. Sərgidə 15 ölkədən 70 şirkət iştirak edir ki, bu da Azərbaycanın nəqliyyat sektoruna olan marağını nümayiş etdirir", - Z. Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yol-nəqliyyat kompleksi sərgidə iştirak edən şirkətlərin çoxu ilə əməkdaşlıq edir.

"Xüsusən Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində biz onların təcrübələrindən bəhrələnərək nəqliyyatda  yeni texnologiyaların tətbiqini davam etdirəcəyik", - nazir qeyd edib.

RƏVAN



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024