12px13px15px17px
Tarix:18/06/12

Proqram təminatı bazarında artım sürəti zəifləyib

“IDC” (International Data Corporation) tədqiqat şirkəti proqram təminatı bazarındakı vəziyyəti təhlil edib.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə proqram təminatı bazarında  ikirəqəmli  artım sürəti qeydə alınıb.

Lakin “IDC” şirkətinin analitikləri bu artımın gələcək illərdə saxlanılacağına əmin deyillər. "Hazırda EMEA regionunda yaşanan iqtisadi çətinliklərlə əlaqədar burada artım gözlənilmir" – “IDC” tərəfindən tərtib edilən “Worldwide Software Trackers” hesabatının rəhbəri Patrik Melqarexo bildirib.

2011-ci ildə proqram təminatının 35 ən iri istehsalçısı məhsullarının satışlarından 1 milyard dollardan çox pul qazanıblar. Bu isə bazarın 62 faizi deməkdir. “IDC” tədqiqat şirkətinin məlumatına görə, digər hissəni isə 1129 şirkət  öz aralarında bölüşdürüblər.

“Microsoft” korporasiyası əvvəlki kimi dünyada ən böyük proqram təminatı istehsalçısı olaraq qalır. Korporasiya ən yaxın izləyicisi “IBM”-i təxminən 2 dəfə qabaqlayır. Liderlər üçlüyündə, həmçinin “Oracle” şirkəti qərarlaşıb.
 
EMİL




Baxış sayı: 1522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024