Tarix:20/06/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, bununla bağlı araşdırmalar davam etdirilib və "ABC-Telekom" MMC tərəfindən istehlakçıların aldadılmasına səbəb olan daha bir neçə reklam materialının yayımlandığı aşkarlanıb.
Belə ki, Bakı şəhərinin ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında, televiziya kanallarında və intertet portallarında "Kontakt Electronics”, kredit su qiymətinə!", "Bizdə endirim var, üstəlik siz hər şeyi faizsiz, zaminsiz, arayışsız, ilkin ödənişsiz və yerində kreditə götürə bilərsiniz", "0% yerində kredit şəxsiyyət vəsiqəsi ilə", "Faizsiz kredit", "Yalnız şəxsiyyət vəsiqəsi ilə kredit" mövzulu reklamların yayımlandığı halda, mağazada malların kreditlə satışı zamanı 0% kreditin yalnız 6 ay müddətinə alınmış məişət texnikası mallarına şamil edildiyi, digər malların kreditlə satışı zamanı malların dəyərinə əlavə kredit faizlərinin hesablandığı, həmçinin bəzi malların kreditlə satışı zamanı müştərilərin şəxsiyyət vəsiqəsi ilə yanaşı, əlavə ikinci şəxsin də zamin olmasının və kreditlə satılmış malın qiymətinin birinci ay üçün müəyyənləşdirilmiş məbləğinin ilkin ödəniş kimi ödənilməsinin tələb olunduğu müəyyən edilib.
Müxtəlif reklam daşıyıcılarında yayımlanan yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması barədə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "ABC-Telekom" MMC-yə göstəriş verilib, qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.Hazırda araşdırmalar davam edir.
CAHANGİR
Elektronika mağazası yalançılıqda ittiham olunur
Məlumat verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında "ABC-Telekom" MMC-yə məxsus "Kontakt Electronics" mağazasında aparılan yoxlama zamanı yalan və qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyənləşdirilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, bununla bağlı araşdırmalar davam etdirilib və "ABC-Telekom" MMC tərəfindən istehlakçıların aldadılmasına səbəb olan daha bir neçə reklam materialının yayımlandığı aşkarlanıb.
Belə ki, Bakı şəhərinin ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında, televiziya kanallarında və intertet portallarında "Kontakt Electronics”, kredit su qiymətinə!", "Bizdə endirim var, üstəlik siz hər şeyi faizsiz, zaminsiz, arayışsız, ilkin ödənişsiz və yerində kreditə götürə bilərsiniz", "0% yerində kredit şəxsiyyət vəsiqəsi ilə", "Faizsiz kredit", "Yalnız şəxsiyyət vəsiqəsi ilə kredit" mövzulu reklamların yayımlandığı halda, mağazada malların kreditlə satışı zamanı 0% kreditin yalnız 6 ay müddətinə alınmış məişət texnikası mallarına şamil edildiyi, digər malların kreditlə satışı zamanı malların dəyərinə əlavə kredit faizlərinin hesablandığı, həmçinin bəzi malların kreditlə satışı zamanı müştərilərin şəxsiyyət vəsiqəsi ilə yanaşı, əlavə ikinci şəxsin də zamin olmasının və kreditlə satılmış malın qiymətinin birinci ay üçün müəyyənləşdirilmiş məbləğinin ilkin ödəniş kimi ödənilməsinin tələb olunduğu müəyyən edilib.
Müxtəlif reklam daşıyıcılarında yayımlanan yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması barədə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "ABC-Telekom" MMC-yə göstəriş verilib, qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.Hazırda araşdırmalar davam edir.
CAHANGİR
Baxış sayı: 1300
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet