12px13px15px17px
Tarix:21/06/12

“Microsoft” “Windows Phone 8”-i təqdim edib

“Microsoft” korporasiyası NT nüvəsinə əsaslanan “Windows Phone 8” mobil əməliyyat sistemini təqdim edib. NT “Windows Phone 8”-i korporasiyanın fərdi kompyuterlər üçün nəzərdə tutulan digər əməliyyat sistemləri ilə yaxınlaşdıracaq. Xatırladaq ki, “Windows Phone 7” “Windows CE” sistem ailəsinə aid olub.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, “Windows NT”-in arxitekturasından həmçinin “Windows 8”-də istifadə olunur. “İndi biz deyə bilərik ki, yalnız bir “Windows” mövcuddur. “Windows 8”, “Windows Phone 8” elə eyni “Windows” əməliyyat sistemidir”, - “Microsoft”-un vitse-prezidenti Co Belfior bildirib.

“Windows Phone 8”-in çoxnüvəli prosessorlara malik qurğularda işləyəcəyi qeyd edilir. Bu, istehsalçılar tərəfindən istifadəçilərə daha geniş qurğu seçimi təklif etməyə imkan verəcək. Qeyd edək ki, “Windows Phone 7” ilə təchiz olunmuş bütün aparatlar birnüvəlidir.

“Windows Phone 8” qurğularında nəzərəçarpacaq digər xüsusiyyətlərdən biri SD yaddaş kartı üçün slot və “NFC” modulun yer alması olacaq. “NFC” texnologiyası “Wallet” əlavəsində işləyəcək. Yeni sistemli qurğunun maksimal təsvir ölçüsü ya 1280x720, ya da 1280x768 piksel təşkil edəcək.

Əməliyyat sisteminin tərkibinə “HTML5” standartını dəstəkləyən “İnternet Explorer 10” brauzeri daxil ediləcək. Əvvəlki versiya ilə müqayisədə burada “JavaScript”-in emalının sürətləndirildiyi bildirilir. “Windows Phone 8”-də “Bing kartlarını “Nokia Maps” əvəz edəcək. Servisin xüsusiyyətləri arasında mərhələli naviqasiya və internetə qoşulmadan işləmək imkanını qeyd etmək olar.
“Windows Phone 7” kimi yeni sistem də “plitkalı” metro interfeysindən istifadə edir, lakin ekranı bir qədər dəyişdirilib.

Qeyd edilir ki, “WP7” əməliyyat sistemli qurğuların sahibləri “Windows Phone 8”-i quraşdıra bilməyəcəklər. “Microsoft” bunun əvəzinə yeni əməliyyat sisteminin bir sıra imkanlarından yararlanan yenilənməni (Windows Phone 7.8) göndərəcək.

“Windows Phone 8” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğular 2012-ci ilin payızında təqdim olunacaq.



Baxış sayı: 1349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024