12px13px15px17px
Tarix:23/06/12

ARDNŞ-in müəssisələri üçün vahid standartlar üzrə proqramlar hazırlanır

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid və maliyyə-uçot əməliyyatlarının beynəlxalq standartlara uyğun qurulması neft sənayesində şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ)  bununla bağlı ciddi tədbirlər həyata keçirilir. Bu sözləri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (XAIIK) üzvləri ilə görüşündə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Görüş barədə "ICTnews" elektron xəbər xidmətinə məlumat verən XAIIK-dən bildirilib ki, bu sistemin avtomatlaşdırılması nəzərdə tutulur. Avtomatlaşdırılmış idarəetmə sistemi və mühasibat uçotu HR sahələrində, satış, riskin qiymətləndirilməsi, planlaşdırma, istehsal prosesləri və s. kimi müxtəlif istiqamətlərdə tətbiq edilir: "Hal-hazırda 45 nəfərdən ibarət bir qrup ARDNŞ-in 22 müəssisəsi üçün vahid standartlar əsasında onları birləşdirən müvafiq proqramların hazırlanması üzərində çalışır".

Vitse-prezident üç gün ərzində əmək haqqının ARDNŞ-in 73 min əməkdaşının plastik kartlarına köçürülməsinin nəzərdə tutulduğunu da deyib: "Bu gün maliyyə vəsaitlərinin köçürmə sistemi tamamilə şəffafdır. Hazırda beynəlxalq antikorrupsiya standartlarının tətbiqi üzrə iş aparılır.

Artıq müvafiq tender həyata keçirilib və qalib müəyyən edilib. Bu sahədə aparılan işlərin ayın sonunda başa çatması gözlənilir".Vitse-prezident hazırda ARDNŞ-in aktivlərinin 17 milyard dollara çatdığını da bildirib.
 
 
HƏQİQƏT




Baxış sayı: 2380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024