12px13px15px17px
Tarix:27/06/12

Erik Şmidt populyar “The New York Times” qəzetinə rəhbərlik edə bilər

ABŞ-da populyarlığa görə üçüncü olan “The New York Times” (The Wall Street Journal və USA Today qəzetlərindən sonra) qəzeti satışlarını yenidən yüksək səviyyəyə qaytara biləcək  yeni baş direktor axtarır.

Vəziyyətlə tanış mənbələrin “Bloomberg” agentliyinə verdiyi məlumata əsasən, “The New York Times” qəzetinin rəhbərliyi baş direktor vəzifəsində texniki biliyə malik insan görmək istəyir, çünki şirkət internetdən daha çox xeyir əldə etməyi planlaşdırır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, son zamanlar oxucuların əksəriyyəti internetdən istifadəyə üstünlük verir. Belə ki, 2011-ci ilin oktyabrından 2012-ci ilin martına kimi olan dövrdə “The New York Times” qəzetinin internet-abunəçilərinin sayı 73 faiz artıb. Lakin bu zaman çərçivəsində qəzetin kağız versiyasının tərəfdarlarının sayı azalıb. Lakin rəqəmsal fəallıq belə qəzetin maliyyə göstəricilərinin altıncı ay ardıcıl olaraq azalmasına kömək etməyib.

Erik Şmidt “Google”-un baş direktoru vəzifəsini 2011-ci ilin aprelində tərk edib, bununla belə şirkətin idarə heyətinin sədri olaraq qalır. O, əvvəllər “Time Warner” xəbər və əyləncə profili konqlomeratı üçün jurnalların çıxarılmasına cavabdehlik daşıyıb. Artıq aydın olduğu kimi, Şmidtin mətbuatda təcrübəsi var. 
 
EMİL




Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024