12px13px15px17px
Tarix:27/06/12

“Angry Birds” istehsalçısı yarış oyunu istifadəyə verib

"Rovio Entertainment" şirkəti bir neçə həftə sınaqdan keçirdikdən sonra "Angry Birds" oyununun Formula 1 mövzusunda hazırlanmış xüsusi veb-versiyasını istifadəyə verib. Yeni "Angry Birds Heikki"  oyunu Formula pərəstişkarları üçün nəzərdə tutulub və oyunçular üçün 12 müxtəlif səviyyə (yollar) təklif edir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, qeymerlər "heikki.angrybirds.com" saytına daxil olub qeydiyyat prosedurunu keçdikdən sonra oyunun yeni versiyasını oynaya bilərlər. Oyun "British Grand Prix" yolundan  başlanır. Oyunçular onu keçdikdən sonra yeni səviyyə açılır."Rovio" şirkətindən verilən məlumata görə, oyun finlandiyalı  yarışçı Heyki Kovalaynenə həsr edilib.






 
EMİL




Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024