Tarix:30/06/12
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, «Cash by Code» xidmətindən istifadə etmək üçün kart sahibi kartı bankomata daxil edir, menyuda “Cash by code” bölməsini seçir, göndəriləcək məbləği və vəsaiti alan şəxsin mobil telefonunun nömrəsini daxil edir. Bankomat iki hissədən ibarət olan kodu formalaşdırır.
Kodun birinci hissəsi ATM vasitəsilə çap edilir, ikinci hissəsi isə vəsaiti alan şəxsin mobil telefonuna SMS vasitəsilə göndərilir. Vəsaitin əldə edilməsi üçün kodun hər iki hissəsi bankomata daxil edilməlidir.
Bunun üçün, göndərən şəxs kodun birinci hissəsini vəsaiti alan şəxsə göndərir və alan şəxs heç bir plastik karta ehtiyac olmadan kodu sadəcə bankomata daxil edərək vəsaiti əldə edir. Kod 24 saat ərzində aktiv olur.
Xatırladaq ki, hazırda respublika üzrə Kapital Bankın 450 bankomatı var. Hansı regionda yerləşməsindən asılı olmayaraq bu bankomatların hər birində «Cash by code» xidmətindən istifadə etmək mümkündür.
Yeni xidmət növü haqqında daha ətraflı məlumatı “www.kapitalbank.az” saytından və ya 196 nömrəli müştəri xidmətindən almaq olar.
CAHANGİR
Bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək mümkün oldu
Kapital Bank yeni «Cash by Code» xidmətini istifadəçilərin ixtiyarına verib. Bu xidmət bankın ödəniş kart sahibləri üçün bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək imkanı yaradır.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, «Cash by Code» xidmətindən istifadə etmək üçün kart sahibi kartı bankomata daxil edir, menyuda “Cash by code” bölməsini seçir, göndəriləcək məbləği və vəsaiti alan şəxsin mobil telefonunun nömrəsini daxil edir. Bankomat iki hissədən ibarət olan kodu formalaşdırır.
Kodun birinci hissəsi ATM vasitəsilə çap edilir, ikinci hissəsi isə vəsaiti alan şəxsin mobil telefonuna SMS vasitəsilə göndərilir. Vəsaitin əldə edilməsi üçün kodun hər iki hissəsi bankomata daxil edilməlidir.
Bunun üçün, göndərən şəxs kodun birinci hissəsini vəsaiti alan şəxsə göndərir və alan şəxs heç bir plastik karta ehtiyac olmadan kodu sadəcə bankomata daxil edərək vəsaiti əldə edir. Kod 24 saat ərzində aktiv olur.
Xatırladaq ki, hazırda respublika üzrə Kapital Bankın 450 bankomatı var. Hansı regionda yerləşməsindən asılı olmayaraq bu bankomatların hər birində «Cash by code» xidmətindən istifadə etmək mümkündür.
Yeni xidmət növü haqqında daha ətraflı məlumatı “www.kapitalbank.az” saytından və ya 196 nömrəli müştəri xidmətindən almaq olar.
CAHANGİR
Baxış sayı: 932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet