12px13px15px17px
Tarix:03/07/12

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Moskvada elmi ezamiyyətdə olub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi" qrant layihəsinin icraçıları Azərbaycan Milli Elmlər Akademiyasının  İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Ramiz Alıquliyev və Təhmasib Fətəliyev  Moskvada   Rusiya Elmi Elektron Kitabxanasında  elmi ezamiyyətdə olublar.

Rusiya Elmi Elektron Kitabxanasının baş direktoru G.Yeremenkonun sədrliyi ilə keçirilən "dəyirmi masa"da milli istinad indeksinin yaradılması məsələləri, problemləri və həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunmuşdur ki, son illərdə MDB məkanında milli istinad indekslərinin yaradılmasına maraq artıb.Görüşdə, həmçinin Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar geniş müzakirə olunub.

Ezamiyyət dövründə əməkdaşlar "Rusiya elmi istinad indeksi" sisteminin texniki-proqram vasitələri, onun iş mexanizmi ilə tanış olmuş və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qərara alınıb.




Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024