Tarix:03/07/12
“ICTnews” elektron xəbər xidmətinin “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, əvvəllər müvafiq informasiyanın ötürülməsi üçün kağızlarda çap edilən məktublardan geniş istifadə edilirdisə, internet texnologiyaların inkişafından sonra insanlar bu variantdan daha az istifadə etməyə başlayıblar.
Sosioloqların tədqiqatları göstərir ki, son illər çap məhsullarına tələbat da xeyli azalıb. Marağın azalması ilə çap mətbu orqanlarının satışı hətta rekord səviyyədə enib. Bu da nəticədə ətraf mühitin xeyrinə olub.
Məlumdur ki, kağız ağacdan hazırlandığı üçün onların qırılmasına ehtiyac var. Çap mətbu orqanlarının satışının nəzərəçarpacaq dərəcədə enməsi isə meşələrin qırılmasının qarşısını almış olur. Virtual məkana kağız formalı məhsullar tələb edilmədiyindən bu da vəziyyətin xeyrinədir.
Bundan başqa, sosial şəbəkələr və internet KİV məlumatların, informasiyaların daha çevik yayılmasına, bununla da müvafiq qurumların ekoloji problemlərə daha sürətli reaksiyasına imkan verir. Amma kompyuter texnologiyalarının istehsalı, şəbəkələrin təmin edilməsi, data mərkəzlərin qurulması üçün tələb olunan resurslar nəzərə alınarsa, bu xeyrin özü də bir qədər şübhəli qəbul edilir.
Belə ki, internet avadanlıqları böyük həcmdə elektroenerjidən istifadə tələb edir ki, bu da sonda ətraf mühitə zərərli təsir göstərir. Buna görə də ekoloqlar artıq çoxdan alternativ enerji mənbələrindən istifadəyə - hazırda dünyada yayılmaqda olan və təbii yolla “qidalanan” “günəş fermaları”na keçidi tövsiyə edirlər.
HƏQİQƏT
Sosial şəbəkələr və elektron KİV ətraf mühiti necə qoruyur?
Demə, sosial şəbəkələr və internet kütləvi informasiya vasitələri (internet KİV) ətraf mühitə xeyir gətirirlər. Sosioloqlar araşdırıblar ki, məhz bu elektron resurslar planetdə yaşıllığın qorunmasına kömək edirlər. Söhbət kağıza qənaət olunmasından gedir.“ICTnews” elektron xəbər xidmətinin “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, əvvəllər müvafiq informasiyanın ötürülməsi üçün kağızlarda çap edilən məktublardan geniş istifadə edilirdisə, internet texnologiyaların inkişafından sonra insanlar bu variantdan daha az istifadə etməyə başlayıblar.
Sosioloqların tədqiqatları göstərir ki, son illər çap məhsullarına tələbat da xeyli azalıb. Marağın azalması ilə çap mətbu orqanlarının satışı hətta rekord səviyyədə enib. Bu da nəticədə ətraf mühitin xeyrinə olub.
Məlumdur ki, kağız ağacdan hazırlandığı üçün onların qırılmasına ehtiyac var. Çap mətbu orqanlarının satışının nəzərəçarpacaq dərəcədə enməsi isə meşələrin qırılmasının qarşısını almış olur. Virtual məkana kağız formalı məhsullar tələb edilmədiyindən bu da vəziyyətin xeyrinədir.
Bundan başqa, sosial şəbəkələr və internet KİV məlumatların, informasiyaların daha çevik yayılmasına, bununla da müvafiq qurumların ekoloji problemlərə daha sürətli reaksiyasına imkan verir. Amma kompyuter texnologiyalarının istehsalı, şəbəkələrin təmin edilməsi, data mərkəzlərin qurulması üçün tələb olunan resurslar nəzərə alınarsa, bu xeyrin özü də bir qədər şübhəli qəbul edilir.
Belə ki, internet avadanlıqları böyük həcmdə elektroenerjidən istifadə tələb edir ki, bu da sonda ətraf mühitə zərərli təsir göstərir. Buna görə də ekoloqlar artıq çoxdan alternativ enerji mənbələrindən istifadəyə - hazırda dünyada yayılmaqda olan və təbii yolla “qidalanan” “günəş fermaları”na keçidi tövsiyə edirlər.
HƏQİQƏT
Baxış sayı: 1416
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı