12px13px15px17px
Tarix:03/07/12

“Mozilla” şirkəti “Firefox OS”-u təqdim edib

“Mozilla” şirkəti əvvəllər “Boot To Gecko” kodlu ad ilə tanınan mobil əməliyyat sistemini rəsmən nümayiş etdirib. Ucuz smartfonlar üçün nəzərdə tutulan açıq platformanın final versiyası “Firefox OS” adlandırılır. Yeni əməliyyat sistemi əsasında işləyəcək qurğular inkişaf etməkdə olan bazarlara yönələcək.  

Şirkət nümayəndələrinin bildirdiyinə görə, brauzer əməliyyat sistemi “HTML5”, “JavaScript” və “CSS3” üzərində qurulub. Platforma veb-əlavələrlə işləmək üçün yararlıdır. “Firefox”-smartfonların istehsalı ilə ilkin olaraq Çinin “ZTE” şirkəti məşğul olacaq, gələn ilin əvvəlində isə Braziliya bazarına çıxarılacaq.   
Əməliyyat sisteminin tərtibatçıları Avropanın əksər operatorlarının, o cümlədən “Deutsche Telekom”, “Telecom Italia” və digərlərinin dəstəyini qazanıb.

Bu səbəbdən “Firefox OS”-un idarəetməsi ilə işləyən smartfonlar Avropa bazarına da çıxarılacaq. Qurğuların texniki xüsusiyyətlərinə gəldikdə, hələlik yalnız onların “Qualcomm” şirkətinin “Snapdragon” aparat platformasına əsaslanması məlumdur.  




Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Avqust 2018

18 08 2018

18/08/18
1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologi

18/08/18
Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək

“Huawei” 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kim

18/08/18
Çap edilmiş “Wi-Fi” datçiklər gündəlik əşyaları "ağıllı" qurğulara çevirir

Amerikalı mühəndislər tərəfindən hazırlanmış passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanlarını məişət əşyalarına birləşdirərə