Tarix:04/07/12
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov məlumat verib. Onun sözlərinə görə, Geologiya İnstitutunun geodinamika və seysmologiya söbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev italiyalı mütəxəssisə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlardan ətraflı məlumat veriblər. Abşeron yarımadasında seysmik təhlükənin qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik yertəyinetmə sistemi) tədqiqatların nəticələri müzakirə olunub.
L.Selesta institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib və bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib.
Qonaq iyulun 7-nə qədər azərbaycanlı həmkarlarının təcrübəsi ilə daha yaxından tanış olacaq və çöl tədqiqatlarında iştirak edəcək.
S.Hüseynov qeyd edib ki, görüş 2011-ci ilin yayında AMEA ilə İMTŞ arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub.
HƏQİQƏT
Abşeronda kosmik yertəyinetmə sistemi ilə aparılan tədqiqatların nəticələri müzakirə olunub
Azərbaycan və İtaliya alimləri Abşeronun geodinamik prosesləri və seysmik təhlükələri istiqamətində birgə tədqiqat aparmaq niyyətindədir. Bununla əlaqədar olaraq, İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun departament rəhbəri professor Luçiano Selesta Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutuna gəlib. Qonaq institutun direktoru akademik Akif Əlizadə və digər alimlərlə görüşüb. Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanları müzakirə edilib.“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov məlumat verib. Onun sözlərinə görə, Geologiya İnstitutunun geodinamika və seysmologiya söbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev italiyalı mütəxəssisə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlardan ətraflı məlumat veriblər. Abşeron yarımadasında seysmik təhlükənin qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik yertəyinetmə sistemi) tədqiqatların nəticələri müzakirə olunub.
L.Selesta institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib və bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib.
Qonaq iyulun 7-nə qədər azərbaycanlı həmkarlarının təcrübəsi ilə daha yaxından tanış olacaq və çöl tədqiqatlarında iştirak edəcək.
S.Hüseynov qeyd edib ki, görüş 2011-ci ilin yayında AMEA ilə İMTŞ arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub.
HƏQİQƏT
Baxış sayı: 885
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet