12px13px15px17px
Tarix:05/07/12

“Azerfon” istedadlı tələbələrə dəstək olmaqda davam edir

"Azerfon" şirkəti əvvəlki təcrübə proqramlarının müsbət nəticələrini nəzərə alaraq, istedadlı tələbə və məzunlara göstərdiyi diqqət və qayğını bu il də davam etdirir. "Bizə indi qoşul və uğurlu gələcəyimizə ortaq ol!" şüarı altında keçirilən layihənin əsas məqsədi istedadlı tələbələri Yay Təcrübə Proqramına cəlb etmək, tələbələrə universitetdə aldıqları bilikləri təcrübədə tətbiq etmək, ixtisasları haqqında daha çox öyrənmək imkanı vermək və 3 aylıq proqramın uğurla tamamlandığı təqdirdə ən müvəffəqiyyətli tələbələri işlə təmin etməkdən ibarətdir.

Proqrama 2012-ci ilin 3 iyul tarixində start verilib və həmin proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Odlar Yurdu Universitetinin tələbələri iştirak ediblər.

Seçim prosesində 220–dən artıq müraciət forması nəzərdən keçirilib, 40 müraciət edən növbəti mərhələyə keçərək, test imtahanında iştirak edib və 17 tələbə müsahibə mərhələsinə dəvət alıb.  Dörd tələbə bütün seçim mərhələlərindən uğurla keçərək "Azerfon" Yay Təcrübə Proqramında iştirak etmək imkanını əldə edib.

Belə ki,  Bakı Dövlət Universitetinin tələbələri Pərvin Əliyeva və Zöhrə Qasımova İnformasiya Texnologiyaları, Azərbaycan Texniki Universitetinin tələbələri Ramin Məmmədov və Elmir Babakişiyev isə Şəbəkə Əməliyyatları departamentlərində təcrübə keçmək imkanını qazanıblar.

RƏVAN
 




Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024