12px13px15px17px
Tarix:05/07/12

“Microsoft” smartfon əməliyyat sistemi bazarında mövqeyini möhkəmləndirir

“ComScore” korporasiyasının  apardığı araşdırmaya görə, “Microsof” şirkətinin  ABŞ-dakı ağıllı (smartfon) telefon əməliyyat sistemi bazarında yaşadığı eniş artıq dayanıb.

Araşdırmada proqram nəhənginin bazardakı  payının  4 faizə qalxdığı ifadə edilir. Hər nə qədər 0.1% nisbətindəki bu yüksəliş çox cəlbedici görünməsə də, geriləmənin dayanması şirkət üçün əhəmiyyətlidir. Çünki bazara  15.7% nisbətiylə daxil olan “Microsoft”, nə “Windows Mobile” nə də “Windows Phone” ilə “Apple” və “Android”in  böyüməsinə maneə ola bilmədi.

Aşağıdakı qrafikdə, 2010-ci ilin yanvar ayından 2012-ci ilin aprel ayına qədər “ağıllı” telefon əməliyyat sistemləri arasındakı rəqabəti müşahidə etmək olar.


2010-cu ilin yanvar ayında “Blackberry”, böyük bir bazar payına sahib olduğu halda, bu gün az qala iflasın məngənəsindədir. 2010-cu il ərzində “Android” də 10% nisbətini  keçməməsinə rəğmən, bu il  45%-ə yaxın bazar payı əldə edib. “Apple” isə böyük nisbətdə bir inkişaf göstərməsə də, bazardakı payını təxminən 10%  nisbətində artırıb.


RƏVAN




Baxış sayı: 1554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Oktyabr 2024

08 10 2024