12px13px15px17px
Tarix:06/07/12

Bu ayın 9-u bütün dünyanın bir-biri ilə virtual əlaqəsi kəsilə bilər

İyulun 9-da internet söndürüləcək. “ICTnews” elektron xəbər xidməti məlumat verir ki, hazırda bu xəbər bütün dünya xəbər saytlarının və sosial şəbəkələrin ən çox oxunan informasiyaları sırasındadır. Məlumatda bildirilir ki, Federal Təhqiqatlar Bürosu (FBI) iyulun 9-da internetin fəaliyyətini dayandıracaq.

“Doğan” xəbər agentliyinin (DHA) yaydığı xəbərə  görə, buna səbəb hakerlərin dünyada 570 000-dən çox kompyuterə zərərli proqram yükləməsidir. 

Məlumatda bildirilir ki, FTB virusların 9 iyulda fəaliyyətə başlama ehtimalına qarşı “DNS” serverlərini söndürərək tədbir görəcək. Virus təhlükəsi aradan qaldırıldığı zaman isə serverlərin fəaliyyəti bərpa olunacaq.

Məlumat üçün bildirək ki, həmin virusların istifadəçiləri hakerlərin yaratdığı saxta saytlara istiqamətləndirildiklərini söyləyiblər. Bu zamanda arzuolunmaz nəticələrlə qarşılaşıblar.


SEYMUR
 




Baxış sayı: 1552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024