12px13px15px17px
Tarix:09/07/12

“Bestcomp Group”un proqram təminatı miqrasiya işini sadələşdirib

Miqrasiya sisteminin tamamilə elektronlaşdırılmasını  “Bestcomp Group” şirkəti təmin edib. “ICTnews” elektron xəbər xidmətinə şirkətdən verilən məlumata görə, miqrasiya üçün zəruri informasiya, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işləri avtomatlaşdırılıb və elektron xidmətlərin göstərilməsi tam təmin edilib.

Məlumatda qeyd edilir ki, şirkətin “bProMiq” sistemi ölkədə mövcud olan digər informasiya resursları və sistemləri ilə uzlaşdırılıb və inteqrasiya edilib.  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində “bir pəncərə” sisteminin tətbiqi ilə prosedurların sadələşdirilməsinə, şəffaflığın təmin olunmasına səbəb olub.

Qeyd edək ki, miqrasiya sahəsində Vahid Məlumat Sisteminin yaradılması ölkədə miqrasiya sahəsində baş verənlər haqda dəqiq məlumat əldə etməyə imkan verir.



RƏVAN




Baxış sayı: 1445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024