12px13px15px17px
Tarix:09/07/12

BDU ilə Moskva Dövlət Universiteti arasında elm, təhsil və innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, universitetin fəxri doktoru, akademik Viktor Antonoviç Sadovniçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər arasında əməkdaşlıq haqqında artıq vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək yenidən imzalanıb.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. Universitetdən bildirilib ki, nümayəndə heyəti BDU-nun elmi laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev Muzeyinə baş çəkib, Konfutsi İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsində həyata keçirilən innovasiya layihələri ilə tanış olublar.

Akademik Sadovniç "BDU-nun fəxri qonağı" adına layiq görülüb və o, BDU-ya xeyli sayda kitab hədiyyə edib. Görüşdə rektor köməkçisi Vyaçeslav Vyaçeslavoviç Qoryaçko, Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri prorektor Nikolay Vladimiroviç Semin də iştirak edib.
 
HƏQİQƏT




Baxış sayı: 1047

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024