Tarix:10/07/12
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının partnyorları üçün Kanadada keçirilən konfransda çıxış edən Tami Reller qeyd edib ki, şirkət avqustda “Windows 8” əməliyyat sisteminin “RTM”-versiyasını istifadəyə verəcək. 2012-ci ilin payızında isə yeni proqram platformasından istifadə edən ilk qurğular meydana çıxacaq.
“Microsoft” indiyə kimi “Windows 8”-in 3 sınaq versiyasını istifadəyə verib: “Release Preview” statusuna malik son sınaq versiyası 2012-ci il mayın sonunda təqdim edilib.
“Windows 8”-in əvvəlki sistemlərdən əsas fərqi “Metro” adlı istifadəçi interfeysi olacaq. Qeyd edək ki, bu istifadəçi interfeysi ilk dəfə “Windows Phone 7” mobil platformasında tətbiq edilib. Bu interfeys sayəsində “Windows 8” əməliyyat sistemini həm ənənəvi fərdi kompyuter, həm də planşetlərdə rahat istifadə etmək mümkün olacaq.
EMİL
Oktyabrda “Windows 8” əməliyyat sisteminin final versiyası istifadəyə veriləcək
”Microsoft” korporasiyası 2012-ci il oktyabrın sonunda kompyuter və planşetlər üçün nəzərdə tutulmuş “Windows 8” əməliyyat sisteminin final versiyasının satışlarına başlayacaq. Bu barədə şirkətin vitse-prezidenti Tami Reller bildirib.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının partnyorları üçün Kanadada keçirilən konfransda çıxış edən Tami Reller qeyd edib ki, şirkət avqustda “Windows 8” əməliyyat sisteminin “RTM”-versiyasını istifadəyə verəcək. 2012-ci ilin payızında isə yeni proqram platformasından istifadə edən ilk qurğular meydana çıxacaq.
“Microsoft” indiyə kimi “Windows 8”-in 3 sınaq versiyasını istifadəyə verib: “Release Preview” statusuna malik son sınaq versiyası 2012-ci il mayın sonunda təqdim edilib.
“Windows 8”-in əvvəlki sistemlərdən əsas fərqi “Metro” adlı istifadəçi interfeysi olacaq. Qeyd edək ki, bu istifadəçi interfeysi ilk dəfə “Windows Phone 7” mobil platformasında tətbiq edilib. Bu interfeys sayəsində “Windows 8” əməliyyat sistemini həm ənənəvi fərdi kompyuter, həm də planşetlərdə rahat istifadə etmək mümkün olacaq.
EMİL
Baxış sayı: 1110
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)