12px13px15px17px
Tarix:13/07/12

“MobiTel” müsabiqə elan etdi

“Nokia” şirkətinin Azərbaycandakı rəsmi distribüteri, “MobiTel” brendi adı ilə fəaliyyət göstərən “ITC Group MMC” “Mən və mənim Nokiam” adlı fotomüsabiqəyə start verib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə şirkətdən məlumat verilib.

Məlumatda bildirilir ki, müsabiqədə iştirak etmək istəyənlər “Nokia” şirkəti və onun məhsulları ilə bağlı şəkil çəkib şirkətə təqdim etməlidirlər. Şəkilləri öz adınızı və sizin “Facebook” səhifənizi qeyd etməklə (məsələn: http://www.facebook.com/mobitelfan) “fan@mobitel.az” elektron ünvanına göndərə bilərsiniz. Qaliblər səsvermə yolu ilə seçiləcək.

Cəmi 5 şəkil seçiləcək və həmin şəkillərin müəllifləri qalib olacaq. Qalibləri şəkillərə verilən şərhlər əsasında təşkilatçılar təyin edəcək. Orijinallıq və kreativlik xüsusi dəyərləndiriləcək.Müsabiqənin qalibləri “Nokia” qol saatları ilə mükafatlandırılacaqlar.




RƏVAN




Baxış sayı: 1374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024