12px13px15px17px
Tarix:16/07/12

Plastik kartlarda taksit sisteminin tətbiqi uğurla həyata keçirilib

ASB Bankın yeni taksit kart məhsulu “Extra Card” adlanır. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.  

Extra Card çeşidləri bonus xüsusiyyəti olan Extra Card Maestro, həm taksit edən həm də bonus qazandıran – Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır.
 
Extra Card-ın ölkəmizdə ilk dəfə tətbiq edilən unikal xüsusiyyətləri:
 
• ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi; 
• normal bir kredit kartının bütün xüsusiyyətləri ilə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi;
• xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
• tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
• filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənilə bilməsi;

 Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.  
Yeni  bank məhsulunun  konsept və kreativi  ArtGrup  reklam  şirkəti  tərəfindən  hazırlanıb.

RƏVAN




Baxış sayı: 1050

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024