12px13px15px17px
Tarix:16/07/12

Gəncə Mətbuat Evi ən müasir texnologiyalarla təchiz olunacaq

İyulun 14-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi və Azərbaycan milli mətbuatının 137 illiyi münasibətilə bağlı bir qrup tanınmış media nümayəndəsi Gəncə Mətbuat Evinin təməlqoyma mərasimində iştirak ediblər. Ümumi sahəsi 2600 kvadratmetr olacaq 4 mərtəbəli binanın bir il ərzində inşası nəzərdə tutulur. Mətbuat evi təkcə Gəncə deyil, bütövlükdə region jurnalistləri üçün mərkəz rolunu oynayacaq.

Burada konfrans zalları, müxtəlif inzibati otaqlar, qonaq evi və mətbəə fəaliyyət göstərəcək. Bina müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunacaq. Binada sürətli internet şəbəkəsinə qoşulmaqla məlumatların ən yüksək səviyyədə ötürülməsi, qəbul edilməsi və multimediya xidmətlərindən istifadə imkanlığı yaradılacaq.

Gəncədəki konfransda iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ölkə ictimaiyyəti görkəmli maarifçi alim, pedaqoq, azərbaycanşünas, milli mətbuatımızın banisi, gözəl ziyalı Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibətilə Gəncə şəhərində baş tutan konfransın simasında mühüm bir hadisəyə şahidlik edir: “Həsən bəy Zərdabi o dövrdə ən ali məqsədli ziyalının edə biləcəyi işləri görüb. Ona görə də ümummilli liderimiz Heydər Əliyev hələ 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq faktiki olaraq Həsən bəy Zərdabinin adını dövlət səviyyəsində əbədiləşdirdi.

Həmin il 22 iyulun Azərbaycan Milli Mətbuat Günü kimi qeyd edilməsinə dair sərəncam imzaladı. Doğrudur, buna qədər də qeyri-rəsmi səviyyədə milli mətbuat günü qeyd edilirdi. Amma sənəd əlamətdar tarixin keçirilməsinin davamlı xarakter almasının əsasını qoydu”.

RƏVAN



Baxış sayı: 1094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024