12px13px15px17px
Tarix:16/07/12

ABŞ-da “birinci xristian planşet” satılır

ABŞ-ın “Family Christian” kitab mağazaları şəbəkəsində “Edifi” adlanan qurğu təklif edilir. Bu qurğunu mübaliğəsiz “ilk xristian planşeti” adlandırmaq olar.

Yeni qurğunun gurultulu səslənən “Edifi” (ingiliscə “edification” – “nəsihət”) adlanması, görünür, onunla əlaqədardır ki, bu qurğuya Bibliyanın 27 dilə tərcüməsi yüklənib. Yeni qurğu xristian internet radiosunu dinləmək üçün müvafiq proqramla təchiz edilib. “Təhlükəsiz” Safe Search internet-brauzer istifadəçini pornoqrafiya və zorakılıq səhnələrindən qoruyur.

Yeni qurğunun müəllifləri Fox News saytına müsahibədə bildirmişlər ki, cəmi 149 dollar ödəyərək bu planşetə sahib olmuş istifadəçi “Allaha daha yaxın ola” biləcək.

Edifi planşetinə diqqətlə nəzər salsaq görərik ki, bu, dizaynı bir qədər dəyişdirilmiş və başqa cür adlandırılmış çoxsaylı “noname-planşet”lərdən biridir.

Qurğunun texniki xarakteristikaları onun qiymətinə uyğundur. Belə ki, yeni planşetin displeyinin diaqonalı 7 düym, ayırdetmə qabiliyyəti 800 X 480 piksel, operativ yaddaşı 512 meqabayt, disk yaddaşı 8 giqabayt, əməliyyat sistemi Android 2.3-dür.

Yeri gəlmişkən, Çin bazarlarında və internet mağazalarda analoji qurğunu “xristian” versiyasından 20 dollar ucuz almaq olar. Bunun üçün Multipad M7 və ya Cydle M7 saytlarına müraciət edə bilərsiniz.




Baxış sayı: 1112

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024