Tarix:17/07/12
İxtiraçı, 25 yaşı yenicə tamam olmuş Uillis Heviland Kerriyer yeni aparatı "hava emal edən aparat" adlandırdı.
Ədalət naminə deməliyik ki, hələ qədim hindular və farslar öz evlərini eynilə bu cür, yəni mayenin buxarlanması prinsipi hesabına sərinləşdirirdilər: məsaməli su qablarının yerləşdirildiyi zirzəmidəki buxar divarlardakı hava boruları vasitəsilə yaşayış binasına daxil olurdu.
"Kondisioner" sözünün özü isə ilk dəfə hələ 1815-ci ildə, fransız Jan Şabannesin havanın sərinləşdirilməsi metoduna görə Britaniyadan patent aldığı vaxt işlədilib. Kerriyerin xidməti isə ilk sənaye iqlim aparatının praktikada tətbiqindən ibarət idi.
Arxiv sənədlərindən məlum olur ki, əvvəllər kondisioner adamların rahatlığı üçün deyil, poliqrafiyanın xeyrinə, daha doğrusu "tipoqraf çapına mane olan nəmişliyin aradan qaldırılması" üçün yaradılıb. Belə ki, yayda temperaturun daim dəyişməsi və rütubət keyfiyyətli rəng ötürülməsinə nail olmağa imkan vermirdi. Kerriyerin aparatı isə daimi temperaturadək havanı sərinlədir və rütubətin eyni səviyyədə qalmasına kömək edirdi.
Belə prinsiplə çalışan ilk aparatlar müasir hava kondisionerlərinin əcdadları olublar. Əldə olunan məlumatlara görə, insanların ehtiyacı üçün onlardan ilk dəfə 1920-ci illərin ortalarında Almaniyada istifadə olunmağa başlanılıb. Onlar teatrların tamaşa zallarında quraşdırılıb. Kerriyerin konstruksiyası üzrə ilk ev kondisioneri isə 1914-cü ildə ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində quraşdırılıb.
Uillis Heviland Kerriyer özü isə 1915-ci ildə soyadını daşıyan şirkət yaratdı və "Carrier" məhsullarına bu gün də böyük tələbat var. Şirkət istisnasız olaraq iqlim avadanlıqları və soyuducuların istehsalı üzrə ixtisaslaşıb. Bu gün onun müəssisələrində 45 mindən artıq fəhlə və qulluqçu çalışır, illik dövriyyəsi isə 12 milyard dolları ötür.
110 illdir ki, bu texnoloji yenilik sayəsində insanlar sərinləyir
ABŞ-da kondisionerin 110 illik yubileyi qeyd olunur. Belə ki, 1902-ci il iyulun 17-də Nyu-Yorkun Bruklin rayonunda yerləşən tipoqrafiyada ilk dəfə otaqda istənilən temperaturun saxlanması üçün sistem işə salındı.İxtiraçı, 25 yaşı yenicə tamam olmuş Uillis Heviland Kerriyer yeni aparatı "hava emal edən aparat" adlandırdı.
Ədalət naminə deməliyik ki, hələ qədim hindular və farslar öz evlərini eynilə bu cür, yəni mayenin buxarlanması prinsipi hesabına sərinləşdirirdilər: məsaməli su qablarının yerləşdirildiyi zirzəmidəki buxar divarlardakı hava boruları vasitəsilə yaşayış binasına daxil olurdu.
"Kondisioner" sözünün özü isə ilk dəfə hələ 1815-ci ildə, fransız Jan Şabannesin havanın sərinləşdirilməsi metoduna görə Britaniyadan patent aldığı vaxt işlədilib. Kerriyerin xidməti isə ilk sənaye iqlim aparatının praktikada tətbiqindən ibarət idi.
Arxiv sənədlərindən məlum olur ki, əvvəllər kondisioner adamların rahatlığı üçün deyil, poliqrafiyanın xeyrinə, daha doğrusu "tipoqraf çapına mane olan nəmişliyin aradan qaldırılması" üçün yaradılıb. Belə ki, yayda temperaturun daim dəyişməsi və rütubət keyfiyyətli rəng ötürülməsinə nail olmağa imkan vermirdi. Kerriyerin aparatı isə daimi temperaturadək havanı sərinlədir və rütubətin eyni səviyyədə qalmasına kömək edirdi.
Belə prinsiplə çalışan ilk aparatlar müasir hava kondisionerlərinin əcdadları olublar. Əldə olunan məlumatlara görə, insanların ehtiyacı üçün onlardan ilk dəfə 1920-ci illərin ortalarında Almaniyada istifadə olunmağa başlanılıb. Onlar teatrların tamaşa zallarında quraşdırılıb. Kerriyerin konstruksiyası üzrə ilk ev kondisioneri isə 1914-cü ildə ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində quraşdırılıb.
Uillis Heviland Kerriyer özü isə 1915-ci ildə soyadını daşıyan şirkət yaratdı və "Carrier" məhsullarına bu gün də böyük tələbat var. Şirkət istisnasız olaraq iqlim avadanlıqları və soyuducuların istehsalı üzrə ixtisaslaşıb. Bu gün onun müəssisələrində 45 mindən artıq fəhlə və qulluqçu çalışır, illik dövriyyəsi isə 12 milyard dolları ötür.
Baxış sayı: 687
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı