12px13px15px17px
Tarix:20/07/12

Kredit kartı ölçüsündə olan kompyuter üçün əməliyyat sistemi yaradılıb

Ucuz “Raspberry Pi” kompyuterinin istehsalçıları xüsusi olaraq bu qurğu üçün nəzərdə tutulmuş “Raspbian” əməliyyat sistemi (ƏS) təqdim ediblər. Bu barədə “Raspberry Pi Foundation” qeyri-kommersiya təşkilatının bloqunda bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Raspbian” ƏS “Linux” distribyutivi - “Debian” əsasında yaradılıb. “Raspberry Pi” qurğusunun layihəçiləri qeyd ediblər ki, “Raspbian” ƏS qurğunun aparat imkanlarından tam olaraq istifadə etməyə imkan verir.

Əvvəllər “Raspberry Pi” istifadəçilərinə “Debian” distribyutivindən istifadə etmək tövsiyə edilirdi. Lakin keçirilmiş testlər nəticəsində məlum olub ki, “Raspbian” ƏS ilə işləyən kompyuter bəzi əməliyyatları “Debian” ƏS ilə işləyən kompyuterlə müqayisədə 40 faiz daha sürətli yerinə yetirir.

“Raspberry Pi” kompyuteri korpussuz tədarük olunur. O, 700 MHs takt tezliyində işləyən “ARM” arxitekturalı prosessorla təchiz olunub və 256 meqabayt əməli yaddaşa malikdir.

 
EMİL




Baxış sayı: 999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024