12px13px15px17px
Tarix:20/07/12

Elektron kitabların populyarlığı artır

Amerika Naşirlər Assosiasiyası ABŞ-da 2011-ci il üzrə elektron kitabların satış həcmini qiymətləndirib.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, elektron kitablara tələbat artır.

2011-ci ildə bu bazarın həcmi 2,07 milyard dollar təşkil edib və bu nəticə 2010-cu illə müqayisədə 140 faiz çoxdur. Belə ki, o zaman satışların həcmi  869 milyon dollara bərabər idi.

1 il ərzində elektron kitab surətlərinin sayı 2 dəfə artaraq 388 milyon təşkil edib.Bütovlükdə ənənəvi çap nəşrləri daxil olmaqla Amerika ədəbiyyat bazarının həcmi 2011-ci ildə təxminən 14 milyard dollar təşkil edib.

Elektron kitablarla yanaşı onları oxumaq üçün istifadə edilən  qurğuların populyarlığı da sürətlə artır. "Gartner" analitik şirkətinin hesablamalarına görə, 2011-ci ildə dünyada müxtəlif proqram-aparat platformalarında işləyən  təxminən 60 milyon planşet satılıb.
 

EMİL




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024