Tarix:23/07/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, konfransda ABŞ, Avropa və MDB daxil olmaqla ümumən 20-dən çox ölkənin mütəxəssisləri, həmçinin Azərbaycanın dövlət rəsmiləri iştirak edəcəklər.
AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə yaydığı xəbərdə bildirilir ki, 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxıda, bir az sonra Bakının neft mədənləri yaxınlığında – Balaxanıda Nobel qardaşlarının təşəbbüsü ilə 3 seysmik stansiya qurulub: “Bu mənada alimlərimiz diqqəti ölkə ərazisində seysmik proseslərin inkişaf tarixinə də yönəldəcək, keçmiş və müasir elmi tədqiqatların nəticələrindən bəhs edəcəklər.
Konfransla bağlı məqalələr RSXM-in “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu” elmi jurnalının yeni sayında toplanılacaq və jurnal tədbir iştirakçılarına təqdim olunacaq”. Məqalələr jurnalın “www.seismology.az/journal” internet saytında da yerləşdiriləcək. Beynəlxalq tədbirin məramı və planı barədə ətraflı məlumat oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan mətbuat konfransında veriləcək.
HƏQİQƏT
İnstrumental seysmik müşahidələrlə bağlı konfransda müasir tədqiqatların nəticələri müzakirə olunacaq
“Seysmiklik, zəlzələlərin proqnozu, seysmik tikinti dayanıqlığı” mövzusunda V Beynəlxalq konfransına hazırlıq işləri davam edir. Azərbaycanda Şamaxı zəlzələsindən sonra başlanmış instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan tədbir bu il 7-12 oktyabr tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən keçiriləcək.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, konfransda ABŞ, Avropa və MDB daxil olmaqla ümumən 20-dən çox ölkənin mütəxəssisləri, həmçinin Azərbaycanın dövlət rəsmiləri iştirak edəcəklər.
AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə yaydığı xəbərdə bildirilir ki, 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxıda, bir az sonra Bakının neft mədənləri yaxınlığında – Balaxanıda Nobel qardaşlarının təşəbbüsü ilə 3 seysmik stansiya qurulub: “Bu mənada alimlərimiz diqqəti ölkə ərazisində seysmik proseslərin inkişaf tarixinə də yönəldəcək, keçmiş və müasir elmi tədqiqatların nəticələrindən bəhs edəcəklər.
Konfransla bağlı məqalələr RSXM-in “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu” elmi jurnalının yeni sayında toplanılacaq və jurnal tədbir iştirakçılarına təqdim olunacaq”. Məqalələr jurnalın “www.seismology.az/journal” internet saytında da yerləşdiriləcək. Beynəlxalq tədbirin məramı və planı barədə ətraflı məlumat oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan mətbuat konfransında veriləcək.
HƏQİQƏT
Baxış sayı: 1049
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet