Tarix:23/07/12
Şöbə müdiri bildirib ki, testlərin aparılması üçün iki avtobus və iki taksi seçilib: “Vahid kart ödəmə sistemi sərnişinlər tərəfindən ictimai nəqliyyatdan istifadəyə görə haqların ödənilməsini təmin edən bir mexanizmdir. Sistemin tətbiq olunması ilk növbədə insanların rahatlığını təmin etmək və nəqliyyatda sərnişindaşımanın işini rahatlaşdırmaqdır. Müasir sistem sərnişindaşımanın metro, taksi və avtobus vasitələrində istifadə olunacaq. Sərnişin xüsusi kartı avtobus və taksilərdə quraşdırılacaq terminallara daxil edəcək və gedəcəyi məsafədən asılı olaraq müvafiq ödəmə aparacaq.
Həmçinin dayanacaqlarda quraşdırılmış terminallar vasitəsilə kartdakı balansını artıra, öyrənə və digər əməliyyatlar apara bilər. Qeyd edək ki, sistemin ilk dəfə sınaqdan çıxarılması NİİM-də həyata keçirilib və Mərkəzin baş direktoru Elnur Abdullayev bu prosesi şəxsən izləyib”.
Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisinə Bakı şəhəri Heydər Əliyev prospektində 2009-cu ilin aprel ayından başlanılıb və Mərkəz 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
NİİM təhlükəsizliyi, ətraf mühitin qorunmasını, effektivliyi və rahatlığı təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarə edilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına və digər proseslərin yerinə yetirilməsinə əsaslanır.
HƏQİQƏT
“Vahid kart ödəmə sisteminə keçidlə bağlı testlər davam edir”
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) nəqliyyatda vahid kart ödəmə sisteminə keçməyə hazırlaşır. Hazırda bu məqsədlə aparılan vahid kart ödəmə sisteminin test rejimi uğurla davam edir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zülfiyyə Əlizadə məlumat verib.Şöbə müdiri bildirib ki, testlərin aparılması üçün iki avtobus və iki taksi seçilib: “Vahid kart ödəmə sistemi sərnişinlər tərəfindən ictimai nəqliyyatdan istifadəyə görə haqların ödənilməsini təmin edən bir mexanizmdir. Sistemin tətbiq olunması ilk növbədə insanların rahatlığını təmin etmək və nəqliyyatda sərnişindaşımanın işini rahatlaşdırmaqdır. Müasir sistem sərnişindaşımanın metro, taksi və avtobus vasitələrində istifadə olunacaq. Sərnişin xüsusi kartı avtobus və taksilərdə quraşdırılacaq terminallara daxil edəcək və gedəcəyi məsafədən asılı olaraq müvafiq ödəmə aparacaq.
Həmçinin dayanacaqlarda quraşdırılmış terminallar vasitəsilə kartdakı balansını artıra, öyrənə və digər əməliyyatlar apara bilər. Qeyd edək ki, sistemin ilk dəfə sınaqdan çıxarılması NİİM-də həyata keçirilib və Mərkəzin baş direktoru Elnur Abdullayev bu prosesi şəxsən izləyib”.
Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisinə Bakı şəhəri Heydər Əliyev prospektində 2009-cu ilin aprel ayından başlanılıb və Mərkəz 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
NİİM təhlükəsizliyi, ətraf mühitin qorunmasını, effektivliyi və rahatlığı təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarə edilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına və digər proseslərin yerinə yetirilməsinə əsaslanır.
HƏQİQƏT
Baxış sayı: 1118
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet