Tarix:24/07/12
Mütəxəssislər sahibkarların POS-terminallardan istifadə etməkdə maraqlı olmamasının bir səbəbini də POS-terminal olmamasına görə heç bir cərimənin nəzərdə tutulmamasında görürlər. Amma Vergilər Nazirliyi məsələyə fərqli yanaşır.
Vergilər nazirinin müavini Natiq Əmirov POS-terminallardan istifadə etməyən sahibkarlara qarşı cərimə tətbiq edilməməsinin səbəbini belə izah edir: “POS-terminallarla respublikanın bütün regionları əhatə olunmalıdır. Nə qədər ki, bu proses başa çatmayıb, biz bu sahədə xüsusi cərimələrin təyin olunmasının tərəfdarı deyilik. Bu məsələ ilə bağlı rayonlarda sahibkarların obyektiv problemləri olduğundan, onların əlavə cərimə yükü ilə yüklənməsi düzgün deyil. Yəni paytaxt üçün ayrı, regionlar üçün ayrı qanun tətbiq edə bilmərik”.
Qeyd edək ki, Azərbaycanda ticarət və xidmət obyektlərində 30 minə yaxın POS-terminal quraşdırılıb. İlin sonuna qədər bu POS-terminalların sayının artırılacağı və bütün ölkəni əhatə edəcəyi nəzərdə tutulub.
POS-terminallardan istifadə genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elektron xidmətlərin genişləndirilməsi və hesablaşmalar zamanı POS-terminallara üstünlük verilməsi barədə tapşırığı ilk növbədə qara mühasibata qarşı idi. Dövlət başçısının göstərişinə əsasən, bütün iaşə məntəqələrində POS-terminallar, yəni plastik kartlarla ödəməni həyata keçirən cihazlar quraşdırılmalıdır. Amma paytaxtda bir neçə ticarət obyektlərinə baş çəkdikdə məlum oldu ki, heç də bütün obyektlərdə POS-terminal yoxdur. Olanların isə heç də hamısı xidmət göstərmir.Mütəxəssislər sahibkarların POS-terminallardan istifadə etməkdə maraqlı olmamasının bir səbəbini də POS-terminal olmamasına görə heç bir cərimənin nəzərdə tutulmamasında görürlər. Amma Vergilər Nazirliyi məsələyə fərqli yanaşır.
Vergilər nazirinin müavini Natiq Əmirov POS-terminallardan istifadə etməyən sahibkarlara qarşı cərimə tətbiq edilməməsinin səbəbini belə izah edir: “POS-terminallarla respublikanın bütün regionları əhatə olunmalıdır. Nə qədər ki, bu proses başa çatmayıb, biz bu sahədə xüsusi cərimələrin təyin olunmasının tərəfdarı deyilik. Bu məsələ ilə bağlı rayonlarda sahibkarların obyektiv problemləri olduğundan, onların əlavə cərimə yükü ilə yüklənməsi düzgün deyil. Yəni paytaxt üçün ayrı, regionlar üçün ayrı qanun tətbiq edə bilmərik”.
Qeyd edək ki, Azərbaycanda ticarət və xidmət obyektlərində 30 minə yaxın POS-terminal quraşdırılıb. İlin sonuna qədər bu POS-terminalların sayının artırılacağı və bütün ölkəni əhatə edəcəyi nəzərdə tutulub.
Baxış sayı: 936
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet