Tarix:25/07/12
Bunlara nail olmaq üçün hazırda “Azərsu” ASC həm Abşeron yarımadasında, həm də regionlarda dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına layihələr icra edir.
“ICTnews” elektron xəbər xidmətinin Səhmdar Cəmiyyətə istinadən verdiyi məlumata görə, bu layihələrdən biri də içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisidir.
İnşasına 2011-ci ilin oktyabrında başlanılmış, 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın tikintisi ilə paralel həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılıb.
Bu məqsədlə “Azərsu” ASC-də çalışan 20 gənc mütəxəssis – mühəndis, kimyaçı-mühəndis və bioloq Türkiyənin İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində 01-21 iyul tarixlərində Türkiyə Respublikasına ezam olunublar. 3 həftəlik təlim müddətində “Azərsu” ASC-nin əməkdaşları İSKİ-nin sutəmizləyici və çirkab sutəmizləyici qurğularında olub, burada proseslərin gedişi barədə ətraflı bilgi əldə edib, İSKİ-nin mərkəzi laboratoriyasında analizlərin aparılmasında iştirak ediblər.
Eyni zamanda laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunub, həmçinin İSKİ-nin ən təcrübəli mütəxəssisləri tərəfindən treninqlər keçirilib, mütəxəssislərin istehsalat sahələri ilə əyani şəkildə tanış olması üçün lazımi şərait yaradılıb.
Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olublar. B
u sahədə böyük təcrübəsi olan türkiyəli mütəxəssis Həsən Sarıqaya azərbaycanlı mütəxəssislərə membran texnologiyası barədə geniş bilgilər verildiyini bildirib. İçməli su ilə yanaşı, çirkab suların da müasir üsullarla təmizlənməsi texnologiyası ilə tanış olan azərbaycanlı mütəxəssislərə həmin suların təmizlənib zərərsizləşdirildikdən sonra suvarma, balıqçılıq sahələrində işlədilməsi təcrübəsi barədə də məlumat verilib. Təlim müddətinin sonunda “Azərsu” ASC-nin əməkdaşları imtahan edilib və onların hamısı uğur qazanıb.
CAHANGİR
İçməli və tullantı sularının tərkibi yeni texnologiya vasitəsilə öyrəniləcək
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prioritetlərinə daxil olan əsas məsələlərdən biri əhalini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək, həmçinin tullantı sularını tam təmizləyərək ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan kənarlaşdırmaqdır.Bunlara nail olmaq üçün hazırda “Azərsu” ASC həm Abşeron yarımadasında, həm də regionlarda dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına layihələr icra edir.
“ICTnews” elektron xəbər xidmətinin Səhmdar Cəmiyyətə istinadən verdiyi məlumata görə, bu layihələrdən biri də içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisidir.
İnşasına 2011-ci ilin oktyabrında başlanılmış, 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın tikintisi ilə paralel həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılıb.
Bu məqsədlə “Azərsu” ASC-də çalışan 20 gənc mütəxəssis – mühəndis, kimyaçı-mühəndis və bioloq Türkiyənin İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində 01-21 iyul tarixlərində Türkiyə Respublikasına ezam olunublar. 3 həftəlik təlim müddətində “Azərsu” ASC-nin əməkdaşları İSKİ-nin sutəmizləyici və çirkab sutəmizləyici qurğularında olub, burada proseslərin gedişi barədə ətraflı bilgi əldə edib, İSKİ-nin mərkəzi laboratoriyasında analizlərin aparılmasında iştirak ediblər.
Eyni zamanda laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunub, həmçinin İSKİ-nin ən təcrübəli mütəxəssisləri tərəfindən treninqlər keçirilib, mütəxəssislərin istehsalat sahələri ilə əyani şəkildə tanış olması üçün lazımi şərait yaradılıb.
Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olublar. B
u sahədə böyük təcrübəsi olan türkiyəli mütəxəssis Həsən Sarıqaya azərbaycanlı mütəxəssislərə membran texnologiyası barədə geniş bilgilər verildiyini bildirib. İçməli su ilə yanaşı, çirkab suların da müasir üsullarla təmizlənməsi texnologiyası ilə tanış olan azərbaycanlı mütəxəssislərə həmin suların təmizlənib zərərsizləşdirildikdən sonra suvarma, balıqçılıq sahələrində işlədilməsi təcrübəsi barədə də məlumat verilib. Təlim müddətinin sonunda “Azərsu” ASC-nin əməkdaşları imtahan edilib və onların hamısı uğur qazanıb.
CAHANGİR
Baxış sayı: 1051
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet