12px13px15px17px
Tarix:27/07/12

“Excel” kitabı eyniadlı proqramı öyrənmək üçün mükəmməl vəsaitdir

Azərbaycan milli Elmlər Akademiyası    İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş “Excel” kitabı işıq üzü görüb.

 “İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış kitabın müəllifi İTİ-nin   əməkdaşı Rəna Gözəlova, elmi redaktoru böyük elmi işçi Tamilla Bayramovadır.

Mükəmməl tərtibata malik kitabda MS Excel proqramı haqqında geniş məlumat verilmiş, həmin proqram vasitəsilə aparılan əməliyyatların mahiyyəti açıqlanıb. Proqramın bütün imkanları ətraflı şəkildə oxuculara təqdim olunub. 

Yeni nəşrdə elektron cədvəllərlə işləmək üçün nümunələr verilmişdir. Bundan əlavə, proqramın daha yaxşı mənimsənilməsi üçün hər bölmə və funksiyalar şəkillərlə təqdim edilib.  

Proqramın interfeysi açıqlanaraq menyular və çap prosesi haqqında ətraflı məlumat verilib. Burada hər bölmə üzrə nümunələr əksini tapmış, Excel istifadəçilərinə “Pivot Table” kimi tanış olan yekun cədvəllər haqqında da ətraflı məlumat verilmişdir ki, onun vasitəsilə iri həcmli cədvəllərdən kiçik və daha dəqiq hesabatlar hazırlamaq mümkündür.

Kitabdan MS Excel proqramını öyrənmək istəyən tələbələr, həmçinin müəllimlər tədris vəsaiti kimi istifadə edə bilərlər.“Excel” kitabı eyniadlı proqramı öyrənmək üçün mükəmməl vəsaitdir.




Baxış sayı: 1544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024